Tailandda itkin düşən rusiyalı qardaş və bacı qətlə yetirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Thairat” qəzeti məlumat yayıb.
Məlumata görə, Pattayada itkin düşən rusiyalı qardaş və bacını qətlə yetirən şəxslər saxlanılıb.
Tailand polisi tərəfindən saxlanılan hər iki şübhəli cinayəti etiraf edib.
***
14:21
Tailandda rusiyalıların yoxa çıxması işi üzrə şübhəlilərdən biri motosikllə qaçan şübhəlini meşədə yaxalanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə “Siamchon News” portalı məlumat yayıb.
Tailandda rusiyalı turistlərin müəmmalı şəkildə yoxa çıxması işi üzrə axtarışda olan şübhəli şəxslərdən biri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Polis şübhəlilərin hərəkət etdiyi motosikli təqib edib, bu əsnada qaçmağa çalışan şəxslər meşəlik ərazidə gizlənməyə cəhd göstəriblər.
Keçirilən əməliyyat nəticəsində asayiş keşikçiləri 39 yaşlı Thonqçay Sinini yaxalamağa nail olublar. Lakin cinayət işinin əsas fiqurantı olan 43 yaşlı Thana Kıttxonq polisin əlindən qaçaraq gizlənə bilib.
Hazırda Tailand hüquq-mühafizə orqanları tərəfindən meşəlik ərazidə gizlənən əsas şübhəlinin tapılması və itkin düşən rusiyalıların taleyinə aydınlıq gətirilməsi istiqamətində genişmiqyaslı axtarış əməliyyatları davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.аz






