M.Rahim adına 7 nömrəli tam orta məktəbdə yeni tədris ilinə başlayıbbackend

M.Rahim adına 7 nömrəli tam orta məktəbdə yeni tədris ilinə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Azərbaycanda yeni dərs ili start götürüb.

Məktəblilər koronavirusun yayılması səbəbindən dərslərə bir həftə gec başlayıblar. Hələlik yalnız ibtidai siniflərin cəlb olunduğu tədrisə sentyabrın 29-dan V-XI siniflər də qoşulacaq. 

İnterpress media qrupu Səbail rayonunda yerləşən 7 nömrəli məktəbə baş çəkib, pandemiya dövründə ilk dərs gününün necə təşkil olunduğunu izləyib. 

Əməkdaşımızın sözlərinə görə, məktəbdə  pandemiya qaydalarına tam  şəkildə əməl olunub. Ölkənin seçilən təhsil ocaqlarından biri olan bu məktəb dünya üzrə 44 məktəbdən biridir ki, 2009-cu ildə “Novator Məktəblər Proqramında” iştirak üçün seçilib. Məktəb 7 ildir ki, ” Partners in Learning Network” Dünya innovativ məktəblər şəbəkəsinə üzvdür.