Ölən federasiya prezidentinin yerinə tanınmış müharibə veteranı gəldibackend

Ölən federasiya prezidentinin yerinə tanınmış müharibə veteranı gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hapkido Federasiyasına yeni prezident seçilib.

Bu, qurumun yeni prezidenti 56 yaşlı Zöhrab Məmmədov olub.

Zöhrab Məmmədov federasiyanın bir həftə əvvəl dünyasını dəyişmiş prezidenti Süleyman Məmmədlinin qardaşıdır.

1965-ci ilin Tovuzun Ağdam kəndində anadan olmuş Z.Məmmədov 90-cı illərin Qarabağ müharibəsi iştirakçısıdır. Özünə “Bozqurd” ləqəbini götürmüş Z.Məmmədov Tovuz özünümüdafiə batalyonunun komandirlərindən biri olub. 9-cu dan qara kəmər, Qrand Master, Beynəlxalq dərəcəli təlimatçı və “Azərbaycan Bayrağı” laureatıdır.

 

Qeyd edək ki, Süleyman Məmmədli 73 yaşında rəhmətə gedib. O, modul tipli xəstəxanada koronavirusdan dünyasını dəyişib.