SOCAR Türkiyədəki törəməsinin lisenziyasının ləğv olunmasına aydınlıq gətiribbackend

SOCAR Türkiyədəki törəməsinin lisenziyasının ləğv olunmasına aydınlıq gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev bildirib.

N. Quliyev qeyd edib ki, \”SOCAR Turkey LNG Satış Anonim Şirkəti\”nin hazırda digər CNG məntəqələri satışa davam etməsi üçün tələb olunan lisenziyaya sahibdir və satış əməliyyatları davam edir: \”SOCAR Turkey\” LNG Satış Anonim Şirkəti\”nin aldığı lisenziya hər CNG satış məntəqəsi üçün ayrılıqda alınır. Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) 19 Mart 2015-ci il tarixindən etibarən CNG satış məntəqələrinin hər biri üçün ayrılıqda iş yeri açmaq və fəaliyyət icazəsinin alınması tələbini irəli sürüb və CNG satış məntəqələrinin 18 Sentyabr 2015-ci il tarixinə qədər bu icazəni almaları məcbur sayılıb. Gemlik və Eskişəhir CNG satış məntəqələri üçün lazımı Təhlükəli İş Yeri (GSM) vəsiqəsi bu tarixə qədər hazır olmayacağı üçün Gemlik və Eskişəhir CNG satış lisenziyaları SOCAR Turkey LNG Satış Anonim Şirkətinin tələbi əsasında ləğv edilib. Ancaq şirkət tərəfindən GSM vəsiqələri alındıqdan sonra bu lisenziya Enerji Bazarını Tənzimləmə Təşkilatı tərəfindən təkrar bərpa olunacaq. Rəsmi sənəd məsələləri səbəbindən baş vermiş bu hadisənin fərqli şərhlərə məruz qalmasını doğru qəbul etmirik\”.(apa)

Interpress.az