“Mən Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü özüm üçün hazırlamışdım. Dostlarım bildirdi ki, bu büstü onun özünə təqdim edim”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi, heykəltaraş Zamik Rzayev bildirib.
O qeyd edib ki, görüş təşkil edilib və büstü Hikmət Mirzəyevə təqdim edib:
“O, özü məni qarşıladı, görüşdü və büstü bəyəndiyini bildirdi. Daha sonra H.Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin yaranması haqqında simvolu mənə hədiyyə etdi”.
İlhamə Əbülfət
10:02
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi, heykəltaraş Zamik Rzayev Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü özünə təqdim edib.
Z.Rzayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Z.Rzayev bir çox şəhidin xatirəsinə ucaldılmış heykəllərin müəllifidir.