Xordi Qomes “Qarabağ”a 51 metrdən vurduğu qolun sirrini açdıbackend

Xordi Qomes “Qarabağ”a 51 metrdən vurduğu qolun sirrini açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etiraf etməliyəm ki, bu cür zərbələr məşq etdiyim və əvvəlcədən düşündüyüm bir şey deyil. Oyun zamanı imkan yaranır və bəxtimi sınayıram.bunu Kiprin “Omoniya” klubunun kapitanı Xordi Qomes Avropa Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la Bakıda keçirilən oyunun son dəqiqələrində meydanın mərkəzində vurduğu qolla bağlı danışarkən deyib.

Ötən mövsüm PSV ilə Avropa Liqası matçında 56 metrdən fərqlənən ispaniyalı yarımmüdafiəçi Azərbaycan təmsilçisi ilə qarşılaşmada 51 metrlik məsafədən komandasını məğlubiyyətdən xilas edən (2:2) qola imza atıb. O, məşhur “Marka” nəşrinə açıqlamasında bu cür qollara öncədən hazırlaşmadığını bildirib: “Məşqdə bunun üzəridə xüsusi çalışmıram. Daim meydanın mərkəzindən belə zərbələr vurmaq üçün bir səbəb görmürəm. Bu gün qapıçıların çoxu qapıdan uzaqlaşır. Hərdən bunun fərqinə varıram, amma bütün fikrim bunda olmur. “Bu gün filan məsafədən qol vuracağam” fikri ilə meydana çıxmıram”.

Qomes PSV və “Qarabağ”la oyunlarda vurduğu topu belə xatırlayıb: “PSV ilə matçda meydanın bizə aid hissəsində kobudluq oldu, qapıçının irəlidə olduğunu görməyə vaxt tapdım. “Qarabağ”la oyunda isə yarım saniyədə qərar verməli idim. 90-cı dəqiqə idi, hesabda 1:2 geridə idik və azlıqda çıxış edirdik. Orta sahəni güclə keçirdik. Qol epizodunda Kakullisdən ötürmə aldığım zaman topu buludlara göndərsəm, komanda yoldaşlarımın mənə nə deyəcəyini düşünmədim. Bir şeyi sınamaqdan qorxma. Komanda yoldaşlarım da mənə ancaq uzaq məsafədən qollar vurduğumu deyirlər. Bu mövsüm APOEL və “Bazel”lə görüşlərdə də buna yaxın olmuşam”.