“Omikron” ştammının 100-ə yaxın ölkədə yayılması aktiv müzakirə olunur. Azərbaycanda bu ştamma yoluxma qeydə alınmayıb”.bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.
Onun sözlərinə görə, Azərbaycana qonşu ölkələrdə “Omikron” ştammı yayılıb:
“Ölkəmizə bu ştammın daxil olması və yayılması zamana bağlı məsələdir. Hazırda hər hansı məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur. Lakin vəziyyət bir qədər pisləşsə, ştamm ölkəmizdə yayılmağa başlasa, müəyyən qabaqlayıcı tədbirlərə görəcəyik”.
O, vaksinasiya prosesində iştirak edən şəxslərə təşəkkür edib.






