Türkiyədə güləş komandasının idmançılarını daşıyan mikroavtobus dərəyə aşıb.
Qəza Amasya – Çorum yolunda baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.
İnsident sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Yaşları 18-24 arasında olan idmançıların Çorumda keçiriləcək U23 Sərbəst Güləş üzrə Türkiyə Çempionatında iştirak etmək üçün Batmandan yola düşdüyü bildirilib.
Mənbə: “Haber Global”