Bred Pittin tikdirdiyi evlər yararsız çıxdıbackend

Bred Pittin tikdirdiyi evlər yararsız çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Bred Pittin əsasını qoyduğu “Make it right” fondunun Katrina qasırğasının qurbanları üçün tikdiyi evlərin çürük olduğu üzə çıxıb.

İnterpress.az xəbər verir ki, vəqf tərəfindən 26,8 milyon dollar xərclənərək tikilən 109 evdən əksəriyyətinin istifadəyə yararsız olduğu bəlli olub.

Bu səbəbdən artıq bir neçə ev sahibi fondu məhkəməyə verib.

Qeyd edək ki, 2005-ci ildə Yeni Orleanı vuran Katrina qasırğası nəticəsində 883 adam həyatını itirmiş, yüzlərlə ev dağılmışdı.(axsam.az)