Hikmət Hacıyev Aİ Komissarı ilə görüşdübackend

Hikmət Hacıyev Aİ Komissarı ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Prezidentin köməkçisi və Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə O.Varhelyi Tvitterdə paylaşım edib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik. Həmçinin, Cənubi Qafqaz və Aİ-nin regiona dəstəyindən danışdıq”, – Aİ Komissarı bildirib.