“Ukrayna çoxmillətli ölkədir. Burada yüzlərlə xalqın nümayəndəsi yaşayır və biz bununla fəxr edirik”.
Bu sözləri Ukrayna Parlamentinin deputatı Marian Zablotski deyib.
Onun sözlərinə görə, müxtəlif xalqların Ukraynadakı diasporları arasında Azərbaycan diasporu öz fəallığı və yüksək təşkilatlanma səviyyəsi ilə seçilir: “500 minə yaxın azərbaycanlının Ukraynada yaşadığına dair məlumatlar var. Azərbaycan diaspor təşkilatları Ukraynanın taleyüklü məsələlərində fəal vətəndaş mövqeyi sərgiləməsi ilə də fərqlənir”.
Deputat bir çox Azərbaycan diaspor təşkilarının birləşdiyi Ukrayna Azərbaycanlıları Radasının (UAR) fəaliyyətini xüsusi vurğulayıb: “UAR-ın baş qərargahında keçirilən tədbirlərdə Ukrayna aprlamentinin deputatları da fəal iştirak edirlər. Mən özüm orada keçirilən tədbirlərə dəfələrlə qatılmışam. İstər pandemiya dövründə, istərsə də II Qarabağ savaşı dövründə UAR-ın fəaliyyəti fantastik təsir bağışlayırdı. Arzu edərdim ki, xarici ölkələrdəki Ukrayna diaspor təşkilatları da öz xalqına UAR-da birləşən Azərbaycan diaspor təşkilatları kimi faydalı olsun”.
Marian Zablotski ukraynalı deputatların UAR-la əməkdaşlıqdan məmnun olduğunu və birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını vurğulayıb.(day.az)