Deputat həbsdə olan şairi görün necə ələ saldı – FOTObackend

Deputat həbsdə olan şairi görün necə ələ saldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Etibar Əliyev hazırda həbsdə olan şair Əjdər Ol barəsində status paylaşaraq onu ironiya ilə yad edib.

İnterpress.az deputatın paylaşımını təqdim edir:

“Şair Əjdər Cəbiyev (Əjdər Ol) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib. Cinayət materialllarında göstərilib ki, şair xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb. Əjdər Ol dövlətə dəymiş 589 min manat ziyanı ödəyib. Bu yerdə şairin yazdığı şeirdəki misraları yadıma düşdü.
Bağışlayın!
Sağ əlin verdiyini
sol əl bilməsin gərək!
Sol əl bilsə də,
el bilməsin gərək!
Mən bir az qocafəndiyəm,
Ətəyimdən tutanlara
Gecdən də gec,
azdan-çoxdan
verdiyimi demirəm heç.
Ancaq, bağışlayın,
aldığımı deyəcəyəm.
Verən əli niyə kəsim, öyəcəyəm.
Yoxsa,
bu dünyanın qədir-qiyməti
bilinməz qəti!”