Azərbaycanda 40 yaşlı alim koronavirusdan öldü – FOTObackend

Azərbaycanda 40 yaşlı alim koronavirusdan öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 40 yaşlı universitet müəllimi koronavirusdan vəfat edib.

Bakı Mühəndislik Universitetinin müəllimi vəfat edib.

Bu barədə İnterpress.az-a universitetdən məlumat verilib.

BMU-nun Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Cəmil Məmmədov dünyasını dəyişib.

O, bir neçə ay əvvəl COVID-19-a yoluxub və eyni zamanda əməliyyat olunub.

C.Məmmədli uzun müddət xəstəxanada müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü C.Məmmədov bakalavr təhsilini Türkiyənin Uludağ Universitetinin xarici dil müəllimliyi (İngilis dili üzrə), magistr təhsilini isə İstanbul Universitetinin təhsilin təşkili və idarə olunması ixtisası üzrə alıb.

Allah rəhmət eləsin!