Azərbaycanda məhkəmə binasında yanğın söndürülüb – YENİLƏNİBbackend

Azərbaycanda məhkəmə binasında yanğın söndürülüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərinin Nizami rayonunda inzibati binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə İnterpress.az-a FHN-dən məlumat verilib.

* * * 21:19 

Gəncə şəhərində məhkəmə binasında yanğın başlayıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Nizami rayonunda yerləşən məhkəmə binasında qeydə alınıb.

Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.