Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku fevralın 8-də Azərbaycana səfər edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Moldovanın Azərbaycandakı səfirliyindən bildiriblər.
İki gün davam edəcək səfər çərçivəsində qonaq Azərbaycanın bir sıra rəsmilərilə iki ölkə arasında münasibətlər, aktual regional məsələlərlə bağlı müzakirələr aparacaq.






