“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu  Avropada “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrasına başladıbackend

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Avropada “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrasına başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininmaliyyə dəstəyi ilə “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrasına başlanılmışdır.

Layihənin əsas ideyası torpağlarımızın işğaldan azad eildikdən sonra qarşılaşdığımız acı mənzərəni, yerlə yeksan edilmiş tarixi və mədəni abidələrimiz, mülki və ictimai mülkiyyətin dağıdılması və talan edilməsi ilə bağlı faktları – “erməni vandalizmi: işğaldan öncə və sonra” adlı fotosərgi ilə dünyaya çatdırmaqdır. İdeyanın reallaşdırılması üçün Estoniya və Macarıstanda mövcud Azərbaycan evlərində erməni vandalizmi: işğaldan öncə və sonra” adlı fotosərginin təşkili nəzərdə tutulur. Fotosərgi təxminən 1 ay müddətində Azərbaycan evlərində sərgilənəcəkdir.

Layihə çərçivəsində həmçinin erməni vandalizminə dair fotofaktları özündə əks etdirəcək yeni saytın yaradılması da nəzərdə tutulmuşdur.