Azərbaycanda peyvənd olunanların sayı açıqlanıbbackend

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 43 126 nəfər vaksinasiya olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 652 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 2 204-dir.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 37 270-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 261 740, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 252 035, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 754 599 nəfər təşkil edir.

Ümumilikdə isə 2 255 106 buster doza vurulub.