Bakıda 51 yaşlı kişi intihar edib.
İnterpress.az xəbər verir ki, ailəsi tərəfindən yanvarın 31-də itkin düşməsi barədə polisə məlumat verilən 1971-ci il təvəllüdlü Rauf Xubanovun intihar etdiyi məlum olub.
Belə ki, o, ötən gün saat 18 radələrində Nəsimi rayonunda yaşadığı evin damında özünü asaraq intihar edib.
Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.