Metroda sərnişinlərin çantaları niyə yoxlanılır?backend

Metroda sərnişinlərin çantaları niyə yoxlanılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteninin stansiyalarının girişində metro polisi tərəfindən sərnişinlərin çantalarının yoxlanılması üçün X-RAY cihazından istifadə olunur. Bu addım hansı zərurətdən irəli gəlir?

Bu məsələlərlə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verib.

E.Hacıyev bildirib ki, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar geniş tətbiq edilir:

“Metropolitenə keçirilməsi qadağan olunan əşyalar bu rəqəmsal sistemin imkanları ilə aşkarlanır. Ötən il 8 ədəd avtomat patronu, 48 ədəd kəsici-deşici alət aşkarlanıb. Bu əşyaları metropolitenə keçirmək istəyən 9 azyaşlı olmaqla, ümumilikdə 68 nəfər şəxs polis tərəfindən müəyyən olunub. Onların hər biri barəsində araşdırmalar aparılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib”.