Bakıda dəhşət: bir ailənin 8 üzvü eyni gündə xəstəxanaya yerləşdirildibackend

Bakıda dəhşət: bir ailənin 8 üzvü eyni gündə xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan qəsəbəsində 1961-ci il təvəllüdlü Müslümov Savalan Bəşir oğlu, 1969-cu il təvəllüdlü Müslümova Zülfiyyə Rəsul qızı, 1999-cu il təvəllüdlü Məmmədova Ülviyyə Savalan qızı, 1993-cü il təvəllüdlü Müslümzadə Aişən Savalan qızı, 2014-cü il təvəllüdlü Hüseynzadə Nigar Emin qızı, 2016-cı il təvəllüdlü Hüseynzadə Zəhra Emin qızı, 2006-cı il təvəllüdlü Hüseynzadə Bəşir Savalan oğlu və 1 yaşlı Məmmədli Nihad Anar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.