Bakıda yoxa çıxan ağac tapıldı – YENİLƏNİB – FOTObackend

Bakıda yoxa çıxan ağac tapıldı – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov İnterpress.az-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda bioloji inkişafdan qalmış ağacın güclü külək nəticəsində aşdığı və 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən götürüldüyü müəyyən edilib.

“Xidmətin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən aşmış ağacın yerinə şərq çinarı ağacı əkilib”.

***13.51

Bakının Azadlıq prospektində “Azadlıq Bağçalı evlər” adlı yaşayış kompleksinin hasarlanmış ərazisinin kənarındakı səkidə ağac kəsilib.

İnterpress.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Paylaşımlarda qeyd olunub ki, həmin ərazidə səkidə olan ağaclar ilk olaraq budanır, müəyyən müddətdən sonra isə tamamilə ərazidən götürülür.

Paylaşılan fotolarda ərazidə olan səkidə daha bir neçə ağacın da budandığı əks olunub.

Məsələ ilə bağlı əlaqədar qurumun rəsmi açıqlama verəcəyi gözlənilir.