Quterreş: “Bu il pandemiyanın sonunu görə bilərik”backend

Quterreş: “Bu il pandemiyanın sonunu görə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peyvəndlərin dünya ölkələri qeyri-bərabər paylanması dövrümüzün ən böyük səhvidir, lakin qüvvələri birləşdirərək COVID-19 pandemiyasına son qoya bilərik.

İnterpress.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş deyib.

Quterreşin sözlərinə görə, bütün ölkələrin səylərinin birləşdirilməsi bu il COVID-19 pandemiyasına qalib gəlməyə kömək edəcək.

“Biz pandemiyanın sonunu bu ilin əvvəlində görə bilərik. İqtisadiyyatı yoluna qaytara və dayanıqlı inkişaf hədəflərini xilas edə bilərik, lakin indi hərəkətə keçməliyik”, – BMT Baş katibi qeyd edib.