Azərbaycanda dəhşətli yanğın: xəsarət alan varbackend

Azərbaycanda dəhşətli yanğın: xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə tövlədə yanğın hadisəsi qeydə alınıb.

İnterpress.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Rayonun Almu kəndində ümumi sahəsi 84 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1 ton ot bağlaması yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.