Ermənistanda koronavirusa yoluxanların sayı 400 minə çatırbackend

Ermənistanda koronavirusa yoluxanların sayı 400 minə çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son sutkada daha 2 842 nəfərdə COVID-19 aşkarlanıb.

İnterpress.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 399 727-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 8 123-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 559 nəfərdir. İndiyədək 362 002 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 28 040 aktiv koronavirus xəstəsi var.