Həbsdən çıxan şəhid atası hamını ağlatdı – VİDEO – Ürəyi zəif olanlar baxmasınbackend

Həbsdən çıxan şəhid atası hamını ağlatdı – VİDEO – Ürəyi zəif olanlar baxmasın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“13 yanvar şəhid Şahgündüz Cabbarovun doğum günüdür. Elə dünyaya gəldiyi andan evimizdə maraqlı hadisələr yaşandı”.

İnterpress.az xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun atası Kamil Cabbarov deyib.

Onun sözlərinə görə, oğlu Şahgündüz 1 yaşında dərmandan zəhərlənib, 4 yaşında dərin bir gölə düşüb və təsadüfən yoldan keçən Faiq adlı bir kəlbəcərli görüb sudan çıxarıb.

Atası bildirib ki, oğlu Şahgündüz sonralar da ölümlə, təhlükələrlə üz-üzə gəldiyi anlar olsa da amma sağ qalıb:

Şahgündüz ona görə sağ qaldı ki, o, şəhid olmaq üçün doğulmuşdu, ucuz ölüm ona yaraşmazdı, o, ölmək üçün yox, əbədiyyət üçün gəlmişdi bu gəldi-gedər dünyaya.

Əlbət də, mən anamı çox sevirəm,amma mövzu Vətən olunca, havalar biraz dəyişir deyirdi. Mən bu dünyaya əsgər doğuldum, inşallah istədiklərimi edəndən sonra əsgər kimi də gedəcəyəm bu dünyadan deyirdi”.

K.Cabbarov Prezidentin tapşırığı ilə azadlığa buraxılan dörd şəhid atasından biridir.

O, Vətən müharibəsinin başlamasını da, övladının şəhidlik xəbərini də həbsdə eşidən ata oğlu ilə son görüşündən danışıb.