Ermənistanda koronavirusa yoluxanların sayı 400 mini ötdübackend

Ermənistanda koronavirusa yoluxanların sayı 400 mini ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son sutkada daha 2 676 nəfərdə COVID-19 aşkarlanıb.

İnterpress.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 402 403-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 23 nəfər artaraq 8 145-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 567 nəfərdir. İndiyədək 365 662 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 27 029 aktiv koronavirus xəstəsi var.