Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
İnterpress.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutacaq.
“Sabah” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandaların ilk oyunu heç-heçə bitdiyindən, cavab matçının da maraqlı keçəcəyi şübhə doğurmur.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Keşlə”ni 6:0 (ilk oyun 1:0) hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Digər yarımfinalçıların adına sabah baş tutacaq “Səbail” – “Zirə” və “Qəbələ” – “Sumqayıt” oyunlarında aydınlıq gələcək.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunu
12 fevral
“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Masazır. “Bank Respublika Arena”, 16:00.
İlk oyun – 1:1.