“Qarabağ” tarixi rekord vurubbackend

“Qarabağ” tarixi rekord vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” tarixinin rekorduna imza atıb.

Qurban Qurbanovun yetirmələri ardıcıl 4-cü dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib.

Ağdam klubu buna 1/4 finalın iki oyununda da (1:0, 6:0) məğlub etdiyi “Keşlə”ni keçdikdən sonra imza atıb. 2018/19, 2019/20 və 2020/21 mövsümlərində də yarımfinala çıxan “Qarabağ” ardıcıl 4-cü dəfə 1/4 final səddini adlayıb. Son üç ildə komanda elə yarımfinalda da dayanıb.

İlk mövsümünü buraxdığı kubokda 1993-cü ildə debüt edən ağdamlılar indiyədək heç vaxt belə göstəriciyə nail olmamışdı. “Qarabağ” iki dəfə ardıcıl üç yarımfinal görsə də, 4-cü mövsümdə daha tez yarışla vidalaşıb.

1995/96, 1996/97 və 1997/98 mövsümlərində iki dəfə finalda, bir dəfə yarımfinalda uduzan Ağdam təmsilçisi növbəti il 1/4 səddinə belə çatmayıb. 2014/15, 2015/16, 2016/17 mövsümlərində ardıcıl üç kubok qazanan “Qarabağ” yenə “4” sindromunu qıra bilməyib və növbəti il yarımfinala həsrət qalıb.

Qeyd edək ki, ardıcıl yarımfinal sayında rekord “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 7 dəfə bu mərhələyə yüksəlib.