Qazaxda orta yaşlı piyadanı avtomobil vurubbackend

Qazaxda orta yaşlı piyadanı avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İnterpress.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində olan bankların birinin qarşısında qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon sakini, 1953-cü il təvəllüdlü O.Qarayevi “Mercedes” markalı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.