Bakıda dəhşət: Polislər ürəyindən bıçaqlandıbackend

Bakıda dəhşət: Polislər ürəyindən bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.

İnterpress.az-ın report-a istinadən məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.