QHT Agentliyinin dəstəyi ilə “Peşə təhsilli sahibkarlıq” layihəsi keçiriləcəkbackend

QHT Agentliyinin dəstəyi ilə “Peşə təhsilli sahibkarlıq” layihəsi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Peşə təhsilli sahibkarlıq” layihəsi keçiriləcək.

Gənclərin Həmrəyliyi İctimai Birliyi 01 fevral 2022-ci ildən 3 ay müddətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə Sumqayıt, Xaçmaz, Şamaxı rayonlarında həyata keçirələcək “Peşə təhsilli sahibkarlıq” layihəsinə start veriləcək. Layihə çərçivəsində təhsil müəssisələri ilə görüşlər keçiriləcək, fiziki məhdudiyyətli gənclər ilə digər gənclər arasında inkluziv münasibətlərin formalaşdırılması birgə fəaliyyətin təməlinin qoyulması üçün görüşlər təşkil olunacaqdır. Eləcə də peşə müəssisələrinin layihəyə cəlb edilməsi və müəllim, tələbə heyəti ilə görüşlər təşkil ediləcəkdir. Həmçinin peşə təhsilli sahibkarların şəxsi emalatxanalarında gənclərlə görüşlər keçiriləcəkdir.

Bu panellər zamanı kreativ sənaye peşələrinin poteniallarının və problemlərinin qiymətləndirilməsi, gənclərin layihə çərçivəsində peşə təhsilinə, peşə təhsilli sahibkarlığa maraqlarının artırılması müzakirə olunacaq. Tədbir çərçivəsində regionlarda gənclər arasında sorğular keçiriləcəkdir. Sorğularda peşə ixtisası üzrə gənclər arasında maraq səviyyəsinin öyrənilməsi və yekun hesabatın təqdim edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində təcrübəli təlimçilər tərəfindən təlimlər təşkil ediləcək və peşə mərkəzlərinə sənət vörkşoplarına səfərlər təşkil olunacaqdır.

Nəzərinizə çatdırırıq ki, təlimlərin 10 gün keçiriləcək və mayın 1-də başa çatacaq. Təlimlərdə media və QHT nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

Açıklama yok.

Açıklama yok.