SON DƏQİQƏ: Fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsi müzakirə olunurbackend

SON DƏQİQƏ: Fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsi müzakirə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu ilin fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsi təklif olunur.

İnterpress.az-ın xəbərinə görə, bu təkliflə deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual edirik ki, niyə bu qədər artırdınız? Onlar isə deyirlər dövlətin gücü buna çatır. Amma cərimələr 300-400 % artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? İnsanların da bu cərimələri ödəməyə gücü çatmır axı. Xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin”, – deputat əlavə edib.