Ağsuda yol qəzası: 65 yaşlı kişi yaralandıbackend

Ağsuda yol qəzası: 65 yaşlı kişi yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsuda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə rayonun Vidadi küçəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan minik avtomobilinin sürücüsü yolu keçmək istəyən piyada, rayon sakini 1957-ci il təvəllüdlü Mütəllimov Rauf Qarxun oğlunu vurub.

Yaralı Ağsu Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. (report)