Ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
İnterpress.az-ın xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokola isə baxılmaqdadır.