Tehranda dəhşətli partlayış: 9 ölü, 9 yaralıbackend

Tehranda dəhşətli partlayış: 9 ölü, 9 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın paytaxtı Tehranda baş vermiş partlayışda 9 nəfər ölüb, 9 nəfər yaralanıb.

İnterpress.az-ın məlumatına görə, hadisə Tehranın Robat Kərim bölgəsində 3 mərtəbəli binada baş verib.

Məlumata görə, binada partlayışa səbəb qaz sızması olub.

Partlayış nəticəsində bina tamamilə dağılıb.

Dağıntılar altında qalanların xilas edilməsi üçün işlər davam etdirilir.