Qubada qəbiristanlığında silah-sursat aşkarlandıbackend

Qubada qəbiristanlığında silah-sursat aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada qəbiristanlığında silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Növbətçi hissəsinə şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.