Millət vəkilinə yeni vəzifə verildibackend

Millət vəkilinə yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı millət vəkili Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub.

İnterpress.az-ın xəbərinə görə, Milli Məclisdə Gənclər və idman komitəsinin üzvlərindən olan M.Cəfərova Azərbaycan Reqbi Federasiyasında vitse-prezident vəzifəsi verilib.

Bu barədə saytımıza məlumatı federasiyanın yeni təyin olunmuş mətbuat katibi Səxavət Quliyev məlumat verib. Onun sözlərinə görə, fevralın əvvəllərindən Müşfiq Cəfərov bu vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Reqbi Federasiyasının prezidenti Elşən Abbasovdur. Federasiyanın I vitse-prezidenti Elvar Osmanov, Regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayevdir. Federasiyanın baş katibi isə müxtəlif orqanlarda jurnalist kimi çalışmış, mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyevadır.