AMEA məlumat yaydı, sabah ümumi yığıncaq keçirilirbackend

AMEA məlumat yaydı, sabah ümumi yığıncaq keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib ki, iclasın gündəliyi də artıq məlumdur.

O bildirib ki, gündəliyə yalnız bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.

A.Balayeva əlavə edib ki, iclasın dəqiq hansı saatda olacağı hələlik dəqiqləşməyib:

“Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək”.