Peskov: “Putin Donbassdakı vəziyyəti izləyir”backend

Peskov: “Putin Donbassdakı vəziyyəti izləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya prezidenti Vladimir Putin Donbassdakı vəziyyətlə bağlı daim məlumatlandırılır.

Dmitri Peskov bildirib ki, Kremlin Donbassda çoxlu sayda məlumat mənbələri var. Bu mənbələr də Rusiya prezidentini regionda baş verənlər barədə operativ şəkildə məlumatlandırır. Sözçü əlavə edib ki, Donbass münaqişə tərəflərinin təmas xəttində növbəti gərginlik potensial olaraq çox təhlükəlidir.

Peskov həmçinin bildirib ki, Kremlin Donbassda baş verənlərlə bağlı hər zaman məlumatlı olması onun özünə də, Vladimir Putinə də gecələr rahat yatmağa imkan verir.