Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamları ilə Bakının Nərimanov və Nizami rayonlarına, həmçinin Kürdəmir rayonuna yeni icra başçıları təyin olunub.
İnterpress.az xəbər verir ki, Nərimanov və Nizami rayonlarının yeni icra başçıları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Hər iki icra başçısı göstərilən etimada görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elgin Həbibullayev, Nizami rayonu İcra Hakimiyyəti başçısı vəzifəsinə Coşqun Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə isə Elxan İbrahimov təyin edilib.