Bir ailənin qəzada məhv olduğu yolla bağlı qərar verildi – DƏHŞƏTLİ VİDEOLARbackend

Bir ailənin qəzada məhv olduğu yolla bağlı qərar verildi – DƏHŞƏTLİ VİDEOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda dəhşətli qəzanın baş verdiyi yolda təmir işləri aparılır.

İnterpress.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, işlər Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində aparılır. Burada olan çökəkliklərə asfalt döşənir. Bunun üçün əraziyə xüsusi texnika cəlb edilib.

Xatırladaq ki, yolun bu hissəsində, fevralın 17-sdə avtomobil körpüdən aşıb. Nəticədə sürücü, 37 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və bir yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.