Həmyerlisini bıçaqlayan gənc tutuldubackend

Həmyerlisini bıçaqlayan gənc tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda bıçaqlanma hadisəsi olub.

İnterpess.az xəbər verir ki, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Rəvan Comərdov münaqişə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Xəyal Pənahovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. R. Comərdov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.