Azərbaycanda dəhşətli yanğın: ölənlər varbackend

Azərbaycanda dəhşətli yanğın: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Şəki rayonunda 60 yaşlı kişi yaşadığı evdə yanaraq ölüb.

Hadisə bu gün axşam saatlarında şəhərin Abdulrəhim Haqverdiyev küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.

Hadisə yerinə Dövlət Yanğın Nəzarəti Xidmətinin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı evdə yaşayan 1962-ci il təvəllüdlü Rüstəm Mustafayev yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.