Ötən ildə cinayət törətmiş şəxslərin 74,4 faizini heç yerdə işləməyən və oxumayanlar təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildiirlib ki, ötən il cinayət törətmiş şəxslərin 2,2 faizini qadınlar təşkil edir.
Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,1 faizi 18-24 yaşlı, 17,5 faizi 25-29 yaşlı gənclər, 75,2 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.