Azərbaycanlı futbolçunun klubu baş məşqçisini qovubbackend

Azərbaycanlı futbolçunun klubu baş məşqçisini qovub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Premyer Liqasında mübarizə aparan “Ximki” İqor Çerevçenkonu baş məşqçi postundan istefaya göndərib.

İnterpress.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Çerevçenko ilə bərabər köməkçiləri də komandanı tərk edib.

Hazırda “Ximki” 18 oyundan 14 xalla sonuncu – 16-cı pillədə gedir. Rusiya Premyer Liqasında mövsümün ikinci yarısına fevralın 26-da start veriləcək.

Qeyd edək ki, “Ximki”də əslən azərbaycanlı futbolçu İlya Sadıqov da forma geyinir.