Salyan rayon sakini itkin düşüb.
İnterpress.az xəbər verir ki, rayonun Qaraçala qəsəbə sakini, 28 yaşlı Kamran Rövşən oğlu Dadaşzadə fevralın 15-da “Nissan-Maxima” markalı minik maşını ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb.
İlkin məlumata görə, o, Bakı istiqamətinə gedib.
Məlumat üçün bildirək ki, K.Dadaşzadə Vətən müharibəsi qazisidir.
K.Dadaşzadənin ailəsi onu görənlərdən və yerini bilənlərdən xahiş edir ki, Salyan Rayon Polis Şöbəsinə məlumat versinlər.
