23-28 Fevral 2022-ci il tarixlərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Azərbaycana səfər edəcəklər.
İnterpress.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Xocalı faciəsinin 30 illiiyi ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT-lərlə görüş keçirəcək və Srebrenitsa faciəsinin qurbanları olaraq Xocalı faciəsi qurbnaları ilə birgə beynəlxalq təşkilatlara müraciət qəbul edəcəklər.
Eyni zamanda Srebrenitsa QHT-lərinin təmsil olunduğu nümayəndələrin işğaldan azad olunmuş ərazilərə də səfəri nəzərdə tutulub.