Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan üç iş adamına, habelə Rusiyanın beş bankına qarşı sanksiya tətbiq edib.
İnterpress.az xəbər verir ki, bunu Baş nazir Boris Conson parlamentdəki nitqində bildirib.
Qərara əsasən, rusiyalı iş adamları Gennadiy Timçenko, Boris və İqor Rotenberqlərin Böyük Britaniyadakı hər cür aktivləri dondurulur, ölkə ərazisinə girişlərinə də qadağa qoyulur.
Baş nazir bildirib ki, bunlar hələ ilkin sanksiyalardır, lazım gəlsə Rusiyaya qarşı başqa məhdudlaşdırıcı tədbirlər də görülə bilər.