Azərbaycanda dəhşətli yanğın: 3 ölübackend

Azərbaycanda dəhşətli yanğın: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samuxda fərdi evdə baş vermiş yanğın zamanı ağır yanıq xəsarətləri alan uşaq ölüb.

İnterpress.az-ın məlumatına görə, bir yaşyarımlıq olan B.Məmmədov aldığı ağır yanıq xəsarətlərindən Gəncədə yerləşən xəstəxanaların birində dünyasını dəyişib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

***

Samux rayonunun Seyidlər kəndində 3 otaqlı evdə yanğın baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə zamanı yaşyarımlıq B.Məmmədov xəsarət alıb və xəstəxanaya aparılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Ağdaş rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Şəki rayonunda 60 yaşlı kişi yaşadığı evdə yanaraq ölüb.

Hadisə bu gün axşam saatlarında şəhərin Abdulrəhim Haqverdiyev küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.

Hadisə yerinə Dövlət Yanğın Nəzarəti Xidmətinin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı evdə yaşayan 1962-ci il təvəllüdlü Rüstəm Mustafayev yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.