Çavuşoğlu: “Vətəndaşlarımızı təxliyə edəcəyik”backend

Çavuşoğlu: “Vətəndaşlarımızı təxliyə edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vəziyyət sakitləşən kimi vətəndaşlarımızı Moldova, Rumıniya və Polşa istiqamətində təxliyyə edəcəyik”.

İnterpress.az xəbər verir ki, bunu ‘A-Haber’ə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O vətəndaşları panikaya düşməməyə çağıraraq, təxliyyə üzrə planının hazır olduğunu vurğulayıb.

Mövlud Çavuşoğlubildirib ki, nə qədər ABŞ və digər ölkələr tərəfindən Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi deyilsə də, Rusiyanın hərəkətləri gözlənilməzdir.

O, qeyd edib ki, indi Rusiyanın harada dayanacağını demək tezdir:

“Müharibə gedir. Rusiyanın qəbul etmədiyimiz və edə biləməcəyimiz işğalı var. Lakin Qərb üçün də burada çox öyrəniləcək dərslər var. Amma bunları vəziyyət sakitləşəndən sonra müzakirə etməliyik”,-deyə türkiyəli nazir bidirib.